Əhmədzadənin Beyləqandakı adamının “ayıbının üstünü su ilə örtmək” təcrübəsi
- 28-10-2019, 14:48
- 852
Onu da qeyd etmişdik ki, sözügedən kanalın təmizlənməsi yeganə problem deyil, onun bərpası məsələsi də narahatlıq doğurur. Belə ki, kanalın yan beton divarları oyulub töküldüyündən, sızan su ətraf ərazinin şoranlaşmasına səbəb olur, eyni zamanda yaxınlıqda yerləşən evlərə və təsərrüfatlara ziyan vurur”.
Məqalə işıq üzü görəndən sonra dibindəki zibil təmizlənməmiş kanala dərhal su buraxılıb ki, ayıbı örtülsün. Çünki tənqidi yazımızı müşayiət edən videogörüntülər A.Kərimovu ifşa edir. Onun zibilinin üstü açıq qalınca, digər neqativ əməllərinin də izinə düşüləcəkdi. Məlum olacaqdı ki, SSİ-nin sərəncamında olan maşın-mexanizm təyinatı üzrə istifadə olunmur, ayrı-ayrı şəxslərə icarəyə işlədilir. Ayrılan pullar silinib mənimsənilir, yanacaq kağız üzərində sərf olunmuş kimi göstərilərək satılır və s.
Nəzərə alanda ki, artıq payızdır, qarşıda yağıntılı mövsüm gəlir, belə qənaətə gəlmək olur ki, daha arxın təmizlənməsi məqsədilə qurudulması yaxın vaxtda gözlənilmir. Bəlkə də qulaqlarına səs dəyib ki, yaşı 70-i ötmüş Əhmədzadənin də “işi aşdır”, ASC sədrinin vəzifədən kənarlaşdırılmasına “Xan Qızı”nın səbəb-katalizator olmasını istəmirlər.
RealMedia.az