Ağsuda köhnə başçı aranı qarışdırır? - İDDİA
- 11-10-2019, 16:50
- 1 109
Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, sözügedən olayla bağlı araşdırmalar aparan yeni icra başçısı rayonun əvvəlki rəhbəri Ənvər Seyidəliyevdən şübhələnməkdədir və hətta bu yöndə müəyyən fikir dartışmaları da olub.
Mənbənin söylədikləri: “Çünki əsas etirazçılar zamanında Seyidəliyevə yaxın olanlardır. Bu da haqlı olara köhnə başçının rayonda qarışıqlıq yaratma cəhdi kimi dəyərləndirilir. Hər halda, Ağsuda problem varsa, bu problem bu gün yaranmayıb. Bu problemin bu gün ifadə olunması isə çox maraqlıdır”.
Əlavə bilgilərimiz olacaq. Adları çəkilən tərəfləri dinləməyə hazırıq...