Təzə başçı Ağsuda nə etmək istəyir? - NARAZILIQ...
- 5-10-2019, 13:01
- 1 078
Sozcu.az-a verilən məlumata görə, yeni icra başçısı ilk iş günündə rayon polis şöbəsinə şikayətçilərin İcra Hakimiyyətinin binasına buraxılmaması tapşırığını verib və icra hakimiyyətinə şikayət üçün gələn sakinlər polislər tərəfindən ərazidən uzaqlaşdırılıb. Məlumata görə, rayon sakinləri icra hakimiyyətinə buraxılmayıb.
Sozcu.az-a verilən digər məlumata görə, oktyabr ayının 3-də,şikayət üçün icra hakimiyyətinə gələn Ağsu rayon Pirhəsənli kənd sakini Bədəlov Ruhit Afər oğlu polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək, 10 sutka inzibati həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, keçmiş icra başçısı Ənvər Seyidəliyev də, Ağsu rayonun Pirhəsənli kəndindəndir.