Şəmkirdə başçının gedişi üçün imza toplanılacaq... - ETİRAZ
- 27-09-2019, 16:49
- 964
Şəmkirdən daxil olan müraciətdə daha sonra qeyd olunur:
"Alimpaşa Məmmədov bir vergi işçisi kimi bəlkə də "yaxşı" kadr olub. Yəni hardan nə qədər almaq lazımdır, hara nə qədər vermək lazımdır yaxşı bilir. Buna görə də, bu gün Şəmkirdə gördüyünüz bütün istixana sahibləri, obyekt işlədənlər Alimpaşa Məmmədova rəsmən haqq ödəyirlər. Dövlətin vergisi bir kənarda qalıb, hamı Alimpaşa Məmmədov üçün işləyir. Amma iş normala qalsa, bu gün Şəmkirdən sahibkar-fermerlərdən yığılan pulla iki Şəmkir boyda rayonu saxlamaq olar. Amma ortada olanı odur ki, hörmətli başçımız yığıdığı pulların böyük hissəsini mənimsəyir".
Sakinlər müraciətlərində yeni başçının göndərilməsi arzusu ilə ölkə rəhbərliyindən xahişdə də bulunurlar: "Alimpaşa Məmmədov hansısa bir özəl şirkətdə faydalı mühasib kimi bacarıqlı ola bilər. Amma rayon rəhbəri kimi bu adam ancaq narazılıq yarada bilər ki, onu da etməkdədir. Əgər belə davam edərsə, Şəmkir camaatı başçının dəyişdirilməsi üçün imza toplama kampaniyası da keçirəcək".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...