Qazaxın İcra başçısı Rəcəb Babaşov 100-dən çox ailəni susuz qoyub
- 26-09-2019, 19:21
- 1 551
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Canallı kəndinin girəcəyində Yeni Yaşayış Massivində 100-dən çox ailəni susuz qoyub. Bu barədə Azel.tv-yə daxil olan məlumatda bildirilir ki, 10 gündən çoxdu 100-dən çox ailənin yaşadığı Yeni Yaşayış Massivinə su verilmir. Dünən 40-dan çox ailə başçısı Rayon İcra Hakimiyyətində olub. Lakin onları heç kim qəbul etməyib. Sakinlər problemin tezliklə həll olunmayacağı təqdirdə Bakı-Qazax yolunu bağlayacağlarını bildirir. Mövzunu diqqətdə saxlayacağıq.
Əhsən sizin kimi başçılara! Qaldırın insanları ayağa.
Azel.tv