Masallının Boradigah qəsəbəsinin 3000 sakini Çernobıl əlilidir?
- 26-09-2019, 13:21
- 1 289
Saytımıza mövzu ilə bağlı maraqlı məlumat daxil olub.Daxil olan məlumatda deyilir ki , Masallı rayonunun Boradigah qəsəbəsinin 3000(üc min)sakini Çernobıl əlilidir. Maraqlidir ki, Azərbaycanda ümumən 5000 Çernobıl əlill olduğu halda 10 min əhalisi olan bir qəsəbənin necə 3000 Çernobıl əlill ola bilər?! Bu çox böyük şübhə doğurur. Belə çıxır ki,onların sayı ildən-ilə artır.Halbuki bu mümkün deyil. Məsələn,redaksiyaya daxil olan məlumatda aşağıda adları çəkilən şəxslərin də Çernobıl əlili vəsiqəsi aldığı bildirlir: 1.Yusifov Sübhi 2.Musayev Malik Mirzə oglu 3.Hacıyev Təzahir Əlipaşa oglu 4.Faiq Mirzəyev 5.Məmmədov Müzəffər.
Biz elektron poçtumuz vasitəsilə Boradigah qəsəbəsinin 3000(üc min)sakininin necə Çernobıl əlili ola bilməsi haqda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə sorgu da göndərmişik.Amma təəəsüf ki,sorğunu 20 gündən çox göndərməyimizə baxmayaraq indiyəcən bizə heç bir cavab gəlməyib. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Məlumatın nə dərəcədə dogru oldugunu bilmək ücün araşdırmamız davam edir.
Legion .az