Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI
- 21-09-2019, 15:12
- 1 133
Vüsal Qəhrəmanzadənin bu gün hansı səbəbdən həqiqi hərbi xidmətdə olmaması ilə bağlı atası Vüqar Qəhrəmanova sual ünvanladıqda o, “komissara” 1700 manat pul verib altı ay müddətinə möhlət vaxtı almışıq” cavabını verdi. Bu yöndə apardığımız araşdırmalar zamanı belə bir məlumata da sahib ola bildik ki, sən demə qeyd olunan “haqq-hesabı” Ağdam rayon idarəsinin rəisinə, Sukanal idarəsi müdirinin tapşırığı əsasında, adı çəkilən vəzifə sahibinin sürücüsü Cəsarət adlı şəxs çatdırır. Elə ki, qarşı tərəf olaraq “komissar”dan da daxil olan məlumatlara münasibət bildirməsini xahiş etdik, o halda o, “Vüsal Qəhrəmanzadə ilə bağlı araşdırmalar aparacağıq”, az sonra isə, “təqdim etdiyi xəstəlik kağızı əsasında ona möhlət vaxtı verilib” deyə cavab verdi. Verilmiş belə bir cavabların varlığı, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Onu da bildirək ki, redaksiyamızda adı çəkilən vəzifə sahibləri ilə danışdığımız bütün danışıqların səsyazması var.
Düşünürük ki, dərc etdiyimiz belə bir açıqlamadan sonra SHXÇDX-nin rəisi, general Arzu Rəhimov, Ağdam rayon idarəsindəki “kolxoz bazarı”nın varlığı, yəni altı aylıq möhlət vaxtının 1700 manata “satışa çıxarılması” faktının və digər addımların araşdırılması yöndə aidiyyəti üzrə lazım olan tapşırığını verəcək. Yəqin ki, o halda əksər mətləblər hər kəsə gün təki aydın olacaq.
P.S. Hörmətli oxucular! Yaşanan belə bir olaylarla bağlı hələlik Ağdam rayon Sukanal idarəsinin müdirinə sürücü işləyən Cəsarət adlı şəxsin, danışdığı danışıqların səsyazmasını sizlərə təqdim edirik. Az sonra isə, Ağdam rayon Sukanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun danışıqları danışıqların səsyazmalarını sizlərə təqdim etməyə çalışacağıq.
Mövzuya qayıdacağıq. Odur ki, bizi izləməyi unutmayın.
//deryaz.az//