Sən demə, nazir dayısına çəkibmiş... - İTTİHAM VAR
- 30-03-2017, 10:08
- 5 952
Şamaxılıların sevimli istirahət məkanlarından biri olan “Şirvan” kinoteatrının qarşısında yerləşən park isə bu günkü Şamaxının vizit kartına çevrilib. 20 Yanvar şəhidlərinin adını daşıyan bu parkda isə nəinki zəlzələ baş verib, hələ üstəlik vulkan da püskürüb. Respublikanın digər ərazilərinə maşın-maşın daşınan Şamaxının münbit qara torpağının əvəzinə parkın ortasında gil təpəciklər peyda olub. Ağaclar kəsilib, parkın ərazisi isə xarabazara çevrilib. Ən qəribəsi isə odur ki, bütün bu rüsvayçılıq əhaliyə təmir adı altında sırınır.
Şamaxıda misli görülməyən vandalizm
Daxil olan məlumata görə parkda baş verən bu vandalizm əməllərinə 69 saylı Yol İstismar İdarəsinin rəhbəri Əli Şirinov rəhbərlik edir. Burada baş verənlər nəinki 20 yanvar şəhidlərinə, bütün şamaxılılara qarşı sayğısızlıqdır. Təmir adı altında uzun müddət şəhərin ən gözəl bir guşəsini xarabazara çevirmək, insanların hissləri ilə oynamaq məsuliyyətsizlikdən, qanunlara sayğısızlıqdan başqa bir şey deyildir.
Samir Şərifovun dayısının ümidinə qalan bu günkü Şamaxı
Verilən məlumata görə Şamaxı rayonun kurasiyası Maliyyə naziri Samir Şərifova həvalə olunub. Dövlət büdcəsindən rayona ayrılan pulların yeyintisi haqqında da kifayət qədər məlumatlar verilir. Son dövrlər ölkənin maliyyə durumunu alt-üst edən nazir isə rayona nəzarəti dayısı Çingizə tapşırıb. Ölkənin maliyyə sabitliyini qoruya bilmədiyindən işi müşkülə düşən Samir Şərifovun isə nəinki dayısı, heç bütün Şamaxı rayonu da yadına düşmür. Elə bu səbəbdəndir ki, şəhər xarabalığa çevrilərək göz dağına dönüb. Nazirin maliyyə siyasətinin dağıdıcı nəticəsinin əyani sübutu isə bu günkü Şamaxıdır !