Tovuz sakini aliment ala bilmir: Baş icra rəisinə – Şikayət
- 4-09-2019, 18:02
- 955
Reportyor.info müraciəti təqdim edir: “Bildirirəm ki, Sizin rəhbərlik etdiyiniz idarədə alimentin alınması barədə icra işi vardır. 9 il müddət ərzində Sizin əməkdaşlarınız işləyən adamdan alimenti ala bilmirlər. Mən 3 dəfə Sizin şəxsi qəbulunuzda olmuşam. İş üzrə heç bir hərəkət yoxdur. Sizin əməkdaşların fəaliyyətsizliyi barədə 2018-ci ilin avqust ayında mən təqsirləndirilən şəxsin məsuliyyətə cəlb edilməsi barədə məktub göndərmişəm. Mənim ərizəmdən 3 ay keçməsinə baxmayaraq, heç bir iş görülməmişdir. Yalnız 2018-ci ilin dekabr ayında R.Rəhimovun imzası ilə cavab almışam. Bu, onu göstərir ki, Siz vətəndaşların ərizələrinə belə əhəmiyyət vermirsiniz. 2019-cu ilin aprel ayında mən sizinlə şəxsən görüşmüşəm və ərizə təqdim etmişəm ki, yaranmış vəziyyətlə tanış olasınız, işinə məsuliyyətsiz yanaşan əməkdaşlarımızı cəzalandırasınız. Aprel ayından bu günə qədər sizdən heç bir cavab almamışam. Azərbaycandan başqa hansı dövlətdə belə bir hadisə olmuşdur ki, 9 il ərzində Sizin əməkdaşlar işləyən şəxsdən alimenti alıb qarşı tərəfə verə bilmir. Bu günə aliment borcu 29 min manatdan çoxdur. Bununla əlaqədar vətəndaş Rüstəmov A.F. heç bir inzibati məsuliyyətə cəlb olunmamış və onun barəsində cinayət işi qaldırılmamışdır. Sizin və tabeçiliyinizdə olan işçilərin marağı nədən ibarətdir ki, vəkil işləyən insandan alimenti alıb qarşı tərəfə verə bilmirsiniz. Bu mənim Sizə və kutləvi informasiya vasitələrinə təkrar müraciətimdir. İnanıram ki, haqq -ədalət zəfər çalacaq, Azərbaycan vətəndaşının pozulmuş hüquqları bərpa olunacaqdır”.
Rüstəmov İlham Alməmməd oğlu Tovuz şəhəri İ.Mürşüdov küçəsi 21