Gəncədə yeni avtovağzalın arxası zibilxanaya çevrilib – Video
- 30-08-2019, 16:31
- 1 118
Bu barədə “Yeni Sabah”a şəhər sakinləri məlumat verib. Onların sözlərinə görə, ərazidə zibillə yanaşı ölmüş heyvanların cəsədləri də var.
“Üfunət iyindən baş çartlayır. Bakıya, o cümlədən digər şəhər və rayonlara gedən avtobuslar məhz bu ərazidən keçir. Dəfələrlər müvafiq qurumlara müraciət edilsə də, nəticəsi yoxdur”,- deyə sakinlər bildirib.
Həmin ətrafda 15 minə yaxın əhalinin yaşadığını deyən sakinlər əlavə edib ki, axşamlar sözügedən ərazidəki zibillər yandırılır. “Tüstüdən və iydən adam boğulur”,- deyə sakinlər bildirib.