Təzə icra başçısı da gəncəliləri dinləmir... - Müraciət
- 21-06-2019, 12:04
- 1 336
Sakinlər qeyd edirlər ki, dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələr də, onları dinləyən yoxdur, hətta başçının qəbuluna da düşmək istəkləri alınmayıb: "Ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Yollar yararsız olduğundan, onlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər".
Əraziyə işləyən 25 nömrəli marşrut avtobusunun sürücüsü isə deyir ki, tez-tez avtomobil ustalarına müraciət etməli olurlar.
Sakinlərin sözlərinə görə, yağışlı havalarda o qədər palçıq olur ki, yollar keçilməz hala gəlir. Bəs görəsən, sakinlərin bu problemlərinə nə vaxt əncam çəkiləcək? Bəxtiyar Əliyev küçəsi, 1-ci döngədə yaşayan sakinlərin sözlərinə görə, onlar şəhərdə aparılan təmir işləri çərçivəsində sözügedən ərazinin problemlərinin də öz həllini tapacağına ümid edirlər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...