İcra başçısına etiraz edən şəxs ağzını tikib aclıq aksiyasına başladı - VİDEO
- 20-06-2019, 11:28
- 1 878
Ağzını tikərək aclıq aksiyasına başlayan Mirsalam Dünyamalıyev video çıxış edərək başına gələnləri danışıb:
"2011-ci ildə qız qaçırtmaq üstündə məhkum olunmuşam. 2017-ci ilin noyabr ayının 1-də cənab Prezident İlham Əliyev tərəfindən əfv edildim. O zamandan indiyədək işsizəm. Özüm peşə məktəbini bitirmişəm. Dəfələrlə Laçın rayon İcra Hakimiyyətinni başçı aqil Nəzərlinin qəbulunda olub iş istəmişəm. Ancaq Aqil Nəzərli mənə vədlər verərək get-gələ salıb. İş istəmək üçün dəfələrlə qəbuluna getdiyim Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məni həbslə hədələyir"-deyə, şikayətçi bildirir.
Videonu təqdim edirik: