BEYLƏQANDA “Qurtuluş qurbanı”: Ulu Öndərin heykəlini təmizləmək üçün hündürlüyə çıxan fəhlə yıxıldı, qolu-qıçı sındı
- 17-06-2019, 01:55
- 1 342
Bu barədə Nürəddin Əsədovun qızı Rəmziyyə Əsədova RealMedia.az-a bildirib ki, atası rayonda idarələrin birində fəhlə işləyir. Ona tapşırıq veriblər ki, çıxıb heykəlin üstünü təmizləsin. O da işinin xətrinə nəridivan qoyub hündürlüyə çıxıb heykəli təmizləyədiyi vaxt ehtiyatsızlıqdan yıxılıb və sağlamlığına zərər yetirən xəsarət alıb.
Nürəddin Əsədovu əvvəlcə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına aparsalarda, vəziyyətinin ağırlaşdığını görüb Bakıya – 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko” xəstəxanası) götürüblər. Rəmziyyə Əsədovanın sözlərinə görə, atasının iş vaxtı xəsarət almasından sonrakı aqibəti ilə nə rayon rəhbərliyi, nə də ki, aidiyyəti qurumlar –prokurorluq maraqlanmayıb.
RealMedia.az olaraq Nürəddin Əsədovun hansı idarədə fəhlə işləməsini dəqiqləşdirə bilmədik. Zəng etdiyimiz ünvanlar isə, bu barədə bizə dəqiq məlumat verilmədi. Əldə etdiyimiz, hələlik təsdiq olunmamış məlumata görə, o, rayon Suvarma Sistemləri İdarəsində bağban işləyir.İnanmaq istərdik ki, bu yazımızdan sonra rayonun hüquq – mühafizə, prokurorluq orqanları araşdırmalara başlayacaq, onun hansı idarədə fəhlə işləməsini, tapşırılan işi yerinə yetirərkən işəgötürən tərəfindən əməyinin təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlərin görülüb-görülmədiyini aydınlaşdıracaqlar.
RealMedia.az