Vilyam Hacıyev bədəl ödəməlidir... - İDDİA
- 13-06-2019, 17:13
- 1 591
Mənbənin dia.az-a söylədikləri: "Vilyam Hacıyev təxminən 140 min manatlıq vəsaitin qanunsuz olaraq xərclənməsindən (əslində mənimsənilməsindən - red.) sorumludr. Təbii ki, normalda bu məbləğ qat-qat artıqdır. Sadəcə olaraq rəsmiləşəni budur və sözügedən fakt üzrə başçıdan hesabat istəniləcək. Bu barədə qərar verilib.
Mənbə onu da əlavə edib ki, bu gün yerli KİV-də şübhəli şəkildə himayə olunan VİlyamHacıyevin "yuxarıların gözünə kül üfürmə" cəhdləri də səmərəsiz olacaq:
"Vilham Hacıyev elə zənn etməməlidir ki, dövlətin rəhbərliyi yalan hesabatları asanlıqla həzm edəcək. Əksinə, həmin hesabatlar Vilyam Hacıyevə qarşısübut kimi dəyərləndirilməkdədir".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Daha dəqiq faktları təqdim edəcəyik.
Qarşı tərəfdən münasibət öyrənmə cəhdlərimiz uğursuz olsa da, yenə dinləməyə hazırıq...