Məktəblilər polisə qonaq gəlmişdi...
- 12-06-2019, 11:51
- 1 197
Polis Şöbəsinin inzibati binasında davam edən tədbirdə məktəblilər konfrans zalı, dərs otağı və xidməti otaqlarla tanış olublar, Növbətçi hissənin iş prosesini izləyiblər. Məktəblilərə izah olunub ki, burada polis edilən müraciətlərə təxirəsalınmaz və operativ şəkildə yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür. Daha sonra məktəblilərlə polislərin söhbəti çay süfrəsi arxasında davam edib.
Bu tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Tədbirin sonunda məktəblilərə polislər tərəfindən hədiyyələr təqdim olunub.