BƏLƏDİYYƏ SƏDRİ RASİM QAĞANIN “QABAĞI AĞLAMALI, DALI HIRILDAMALI” İŞLƏRİ
- 27-05-2019, 11:11
- 1 329
Qəsəbə sakinlərinin “RealMedia.az”-a verdikləri məlumata görə, yerli özünüidarəetmə qurumunun rəhbəri “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanının tələblərini pozmaq yolu ilə bələdiyyə mülkiyyətində olan torpaqları (müqaviləli və ya müqaviləsiz) icarəyə verir və bu müstəvidə torpaq verdiyi şəxslərin seçimində ayrı-seçkilik edir.
Yada salaq, həmin qanunda göstərilir: “Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Rasim Mehdiyevin isə nə vaxt hərrac keçirdiyini heç kəs xatırlamır. Sədrin özü də geniş torpaq sahələrini şəxsi maraqları üçün əkib mənfəət götürür. Sorağı uzaqlara yayılan moteli də var. Barəsində belə bir ictimai rəy də var ki, “Rasim yeyib-içən oğlandı”. Deyilənə görə, heç Ramazan ayında da izafi xərclərini təxirə salmır, eyş-işrət məclislərindən qalmır.
Jurnalistlərlə təmas məsələsində Rasim qağanın işlərinin necə deyərlər, qabağı ağlamalıdı, dalı hırıldamalı. Ağlamalıdı ona görə ki,kişi cinsindən olan media işçiləri onu arayanda müxtəlif bəhanələrlə, məsələn, pambıq mövsümündən sonra müsahibə verə biləcəyini deyərək təmasdan yayınır. Gülməlidi ona görə ki, KİV-in əsasən “zərif nümayəndələri” ilə arası yaxşıdır, onlara motelində hədsiz qonaqpərvərlik nümayiş etdirir. Barəsində yazılan təqdiredici yazıların altında əsasən xanım jurnalistlərin imzalarına rast gəlinir.