İmişlidə bu məmur işçilərin haqqını yeyir... - İTTİHAM
- 25-05-2019, 16:38
- 2 175
Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, hal-hazırda da bu qurumda yenə də mənimsəmə hallarına yol verilir. Mənbənin bildirdiyinə görə Nazim Əzimovun rəhbərlik etdiyi idarədə II və III qrup əlillərdə çalışırlar. Müvafiq qanunvericiliyə görə bu cür şəxslərə əmək haqqının 15-20%-i miqdarında əlavə vəsait verilməlidir. Lakin adının çəkilməsini istəməyən işçilərdən birinin verdiyi məlumata görə o artıq bir neçə ildir İmişli Mədəniyyət və Turizm idarəsində işləsə də, bu vəsaiti hələ ki, almayıb. Məsələyə aydınlıq gətirmək məqsədilə MTİ-nin baş mühasibi Elşən müəllimlə əlaqə saxlanıldı. Elşən müəllim “mənim həmin vəsaitin son taleyi ilə bağlı hər hansı məlumatım yoxdur” – deyə bildirdi. Necə ola bilər ki, bir dövlət müəssisəsinin maliyyə işlərindən sorumlu olan şəxs əlilin əmək haqqına edilməli olan əlavənin son taleyindən xəbərsiz olsun? Oxucuların diqqətinə onu da çatdıraq ki, Kürdəmir Regional Mədəniyyət idarəsinə Elman Məmmədov rəhbərlik edir. Və cənab Məmmədovun nəzərinə onu da çatdırmağı özümüzə borc bilirik ki, Nazim Əzimov mütəmadi olaraq işçilərinə “öz hesabınıza məzuniyyətə çıxın” – deyə də təzyiq edir. Sual olunur bəyəm məzuniyyət müvafiq qaydalara uyğun olaraq tənzimlənmirmi? Əgər belədirsə bəs bu istəyin səbəbi nədir cənab Əzimov? Suala Elman Məmmədovda cavab verə bilər.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqeylərini dərc etməyə hazırdı.