Qamışlıqda məskunlaşan köçkün ailəsi ev istəyir
- 6-05-2019, 11:14
- 1 153
“2016-cı ilə qədər ailəmi çobançılıqla dolandırdım. Yaşadığım meşəyə ən yaxın məktəb 6-7 km məsafədədir. Bu səbəbdən yaxşı təhsil ala bilmədim. Üstəlik, ailəmin böyüklüyü, ana-atamın himayəmdə olması da daha çox dolanışıq üçün çalışmağıma səbəb oldu. Övladlarım məktəb yaşına çatanda, yəni 2016-cı ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmış qardaşımın yaşadığı 2 otaqlı evə yerləşmək məcburiyyətində qaldım. Bu günlərdə ağır şəraitdə yaşadığımdan, atamı müalicə etdirmək imkanım olmaması səbəbindən onu da itirdim. Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə “Qaçqınkom”a müraciətlər etmişəm. Bir daha mətbuat vasitəsi ilə müraciət edərək bizim ağır şəraitimizi nəzərə almalarını xahiş edirəm” – şikayətçi bildirir.
\\musavat.com\\