Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"
- 3-05-2019, 00:17
- 1 047
Müəllif yazır: "Cəlilabad təhsil şöbə müdiri Qərənfil xanım, direktorlar bir ayda neçə dəfə və neçə manatdan pul yığmalıdır? Bizimki sayı itirib".
Xatırladaq ki, bu sayaq ittihamlar Cəlilabad Təhsil Şöbəsi ilə bağlı ilk deyil və belə görünür ki, son da olmayacaq. Cəlilabad rayon təhsilindəki "besperedel"lə bağlı dövrü mətbuatda tənqidi yazılar az qala həndəsi silsilə şəkilini alıb. Təəssüf ki, buna baxmayaraq nə rayon rəhbərliyi, nə də rayon təhsil şöbəsinin rəhbərliyi səslənən problemlərin həlli istiqamətində gərəkən addımı atmırlar.
2019-cu ilin fevral ayında RİHB-nın 33 nömrəli sərəncamı ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsinə Qərənfil Qorxmaz qızı Əhmədova təyin edilib. Bu təyinata qədər isə Qərənfil xanım Cəlilabad şəhər 8 nömrəli humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə direktor vəzifəsində çalışıb...
Rayondakı qaynaqlarımızın bildirdiyinə görə Qərənfil Əhmədova ilə bağlı rəhbər olaraq ictimai rəy əvvəlki vəzifəsində də birmənalı olmayıb. RTŞ-nin müdiri kimi 3 aylıq fəaliyyətində də qazanılan yeganə artım bu sahədəki narazılıq dalğasının genişlənməsidir...
Bilal müəllimin ittihamı ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən mövqe öyrənmək istiqamətindəki cəhdlərimiz uğursuz oldu.
Yenixeber.org