Hacıqabul rayonunda “Novruz” şənliyi keçirildi
- 16-03-2017, 16:25
- 1 968
xalqxeber.az xəbər verir ki, bu gün, yəni 16.03.2017-ci il tarixində Hacıqabul rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon "Novruz" şənliyi keçirildi.Şənlik Heydər Əliyev Mərkəzinin qarşısında parkda təşkil olunmuşdu.Park başdan-başa Novruz atributları, milli adət-ənənələrimizi əks etdirən simvollarla bəzədilmişdi.İcra Hakimiyyətinin qarşısında çörək bişirən qadınlar, xoruz döyüşdürənlər, idman edən uşaqlar, yumurta döyüşənlər, bir sözlə, hərə öz məharətini göstərirdi.Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla bütün idarə və təşkilatlarının kollektivləri, rayon əhalisi iştirak edirdilər. Bura toplaşan hər bir Hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu.İcra Hakimiyyətinin başçısı idmançıların müşayəti ilə bayram tonqalını yandırdı.Sonra rayon Mədəniyyət evinin "Nur" instrumental ansambılı şən musiqilərlə çıxış etdilər. Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.