İmişlidə icra başçısına söykənən ÖZBAŞINALIQ - İDDİA
- 11-04-2019, 10:33
- 1 286
Rayonun yiyəsinin hara baxdığını dünənki yazımızda qeyd etmişdik. Vilyam Hacıyevi yalnız sahibkarlardan yığılan pullar maraqlandırır. Bu hadisələrdən sonra karyerlərin çoxu bağlansa da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin nəzarətində fəaliyyət göstərən İmişli rayon Bəcrivan və Qaravəlli kəndlərindəki karxanalar hələ də fəaliyyət göstərir. İmişli rayon Qaravəlli kənd sakinləri yaşadıqları kənd yoluna ayrılan pulun boş yerə xərcləndiyini, Zakir Quliyevin karyerindən materieal daşıyan yük maşınlarının onların yollarını pis hala salması ilə bağlı məmur özbaşınalıqlarının qarşısının alınması məqsədi ilə aidiyyatı qurumlara şikayətlər ünvanlamışdılar. Karyerə rəhbərlik edən Zakir Quliyevin həmyerliləri, yəni əslən sabirabadlı olan Kamran və Kamal adlı şəxslərdir. Görəsən nəyə görə Ekologiya və Təbi Sərvətlər Nazirliyi,İmişli Rayon İcra Hakimiyyəti rayon ərazisində fəaliyyət göstərən bütün daş karxanalarına ciddi nəzarət edirlər, amma tək Zakir Quliyevin nəzarətində olan bu karyer hələ də öz qanunsuz fəaliyyətini göstərməkdədir?
Həmin karyerə rəhbərlik edən Zakir Quliyevin yaxın qohumu Kamran adlı şəxs İmişli rayon Memarlıq və Tikinti Şöbəsinin müdiri Nazim Rəsulova aylıq haqq verdiyini hər yerdə deməkdən belə çəkinmir. Nazim Rəsulov həmin karyerdən şikayət edənləri hədələməkdən belə şəkinmir. Çünki ona bu səlahiyyəti icra başçısı Vilyam Hacıyev verib.
Mövzuya qayıdacağıq və məqalədə adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
bizimdovr.com