Kürdəmir camaatı etiraza qalxdı – VİDEO

Bölgə

Kürdəmir sakinləri yolu bağlayıblar. Bizimyol.info xəbər verir ki, Bakı-Qazax magistral yolunu bağlayan aksiyaçılar örüş, otlaq və biçənək sahələrinin əllərindən alınmasına etiraz ediblər.
Məsələ ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyətindən açıqlama verilməyib. Sosial şəbəkədə etiraz aksiyasının videogörüntüsü yayılıb.