LAÇININ İCRA BAŞÇISI AQİL NƏZƏRLİNİN KORRUPSİYA FAKTLARI
- 4-04-2019, 00:48
- 1 899
İndi isə Aqil Nəzərlinin korrupsiya faktlarından çox cüzi bir hissəsini diqqətinizə çatdırırıq. Rəsmi şəkildə əmək müqaviləsi ilə işləyən hər kəs bilir ki, işçinin əmək haqqından məcburi və könüllü tutulmalar edilir. Məcburi tutulmalar Vergi, DSMF, İşsizlikdən Sığorta Fonduna edilən ödəniş və büdcə təşkilatlarında məntiqsiz olsa da mövcudluğu yalnız pul yığmaqda görsənən Həmkarlar İttifaqına tutulmalardır. Ancaq, Laçın rayon icra başçısı Aqil Nəzərlinin göstərişi əsasında könüllü tutulmalar sırasında olan Xeyriyyə Fonduna tutulma məcburidir. Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon Xeyriyyə Fondunun bank hesabına ödənilir. Və faktiki olaraq 10 minlərlə manat vəsait heç bir zaman da təyinatı üzrə istifadə edilməyib və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 500, 1000 manat yazılaraq həmin hesabdan pullar çıxarılır. 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar aylarında Aqil Nəzərli yənə də öz adamlarının adlarına 500 və 1000 manat olmaqla çox sayda adamın adına yazaraq Xeyriyyə Fondunun vəsaitlərini çıxarmışdır. Və həmin adamlar pulları Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərliyə təhvil verərək qarşılığında 15-20 manat zəhmət haqqı almışlar.
Laçın rayon Vağazin kənd sakini Mürsəlzadə Əliağa Albəndə oğlunun verdiyi məlumata görə digərgər bir korrupsiya faktı isə Laçın rayon Mişni, Qarıqışlaq və Vağazin kəndinin Qarağac obasında birinin smeta dəyəri 8000 manat olmaqla 3 ədəd su quyusunun qazılması üçün quyunun hər birinə 85000 manat ayrılmış və ümumilikdə 231000 manat vəsait Aqil Nəzərli tərəfindən mənimsənilmişdir.
Cənab prezident əsil düşmənlər ocaq başında əyləşib.