İmişlidə Əhməd Əhmədzadənin Qasım Qasımov RÜZGARI əsir – 20 000 avro fevralda kimə verildi?
- 28-03-2019, 12:30
- 1 561
Bəli Qasım Qasımov bu məsələdə tək deyil. Onu öz sərvəti ilə müşayət edənlərdə var. Məsələnin ən qəribə tərəfi bu şəxslər də, məhz Əhməd Əhmədzadənin rəhbərlik etdiyi quruma tabe olan müəssisələrin rəhbərləridir. Məsələn İmişli rayonu Aranlı kəndində yerləşən Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinn İstismarı idarəsinin rəisi Allhaverdi Əliyev. Mənbənin bildirdiyinə görə bu şəxslərin son illər əldə etdikləri sərvətlərin miqdarı sadə Azərbaycan vətəndaşının düşünə bilməyəcəyi qədərədir. İndi isə ümumi sözlərdən konkret faktlara keçək. Bir neçə gün öncə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərlik etdiyi dövlət qurumuna tabe olan İmişlidəki müəssisələrdən birinin rəhbəri əldə etdikləri bu qədər sərvət müqabilində onlara ayrılan dövlət vəsaitinin azlığından şikayətlənirmiş. Həmin müəssisə rəhbəri ASC-nin ayırdığı vəsaitin cəmi 17%-i ilə işləməyin onlar üçün çətinlik yaratdığını deyərkən yanında bir neçə şəxs də olub. O halda sual olunur bəs 83%-lik böyük bir rəqəmin taleyi necə olur? “Biz yalnız 100%-ə qol çəkirik. Bizə çatan isə cəmi 17%-dir”-deyə söyləyən həmin şəxsin kimliyidə redaksiyaya məlumdur. Hədəf Əhməd Əhmədzadədir. Axı 83%-lik böyük məbləğ, həm də ölkə boyu hər bir idarədən məhz ona qaldığı qənaətini yaradır. O da məlumdur ki, Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi Qasım Qasımovla, Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinn İstismarı idarəsinin rəisi Allhaverdi Əliyev və daha bir nəfər fevral ayında əllərindəki manatı 20 000 avroya nə üçün çeviriblər və kimə veriblər?
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırıq.
BakuNews.az