Bir tayfanın işğalı altında olan Ağsu... - İTTİHAM
- 27-03-2019, 11:51
- 1 172
Son zamanlar Ağsuda vətəndaşlarım narazılığı səngimək bilmir. Elə ötən günlərdə bir qrup rayon sakini rayonda baş verən özbaşınalıqlarla bagli DİA.AZ-a giley ediblər. Sakinlərin sözlərinə görə Ağsudakı dövlət idarələrinin əksəriyyəti Ənvər Seydiəliyevin qohumlarının əlində cəmləşib. Villalarına,masinlarına,və torpaqları mənimsəməyə bası qarışan icra başcısı sakinlərin problemləri ilə maraqlanmır və yalnız oz mənafeyini duşunur.Hətta sakinlər qeyd etdilər ki,Ənvər Seyidəliyev bəzi şəxlərə pulla vəzifə də verir.
Digər məlumatlarda bildirilir ki,icra başçısı sahibkarlara eləcə də idarə,təşkilat və müəssisə rəhbərlərinə öz hesablarına rayonda abadlıq-quruculuq işləri aparmaga məcbur edir. Maraqlıdır ,görəsən ölkə başçısının Ağsunun quruculuq-abadlıq işləri üçün ayırdığı pullar hara gedir?!
Prezident İlham Əliyevin son günlər nümayiş etdirdiyi məlum siyasət - xalqı narazı salan xırda detala belə ənyüksək səviyyədə həssaslığın nümayiş etdirilməsi deyəsən, Ağsu icra başçısı üçün hələ prioritet deyil.
Hər halda görünəni budur və bu gün Ağsu bir harınlamış tayfanın işğalı altındadır, desək, yanılmarıq...
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq..