Astara Elektrik Şəbəkəsinin rəisinin əməkdaşla davasının videosu yayıldı

Bölgə

Sosial şəbəkədə Astara Elektrik Şəbəkəsinin rəisi Aqverdi Həsənovun işçilərlə keçirdiyi iclasda baş verən qarşıdurmaanın görüntüləri yayılıb.

“Yeni Sabah” xəbər verir ki, videoda əməkdaş rəisdən öz səlahiyyətinə aid olmayan işlərə cəlb edilməsinə etiraz edir. O, rəisdən nəyə görə iş vaxtından artıq – saat 10-a qədər işlədildiyinin səbəbini soruşur.

Rəis isə ona bu haqda yuxarıdan göstəriş verildiyini qeyd edir.

Görüntülərdə adıçəkilən rəislə işçi arasında mübahisə bir müddət sonra davaya çevrilir.