YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK
- 1-03-2019, 13:10
- 1 077
Tədbirdə çıxış edən Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Saleh Eyyubov şagirdlərə yol nişanları haqqında geniş məlumat verib, onlara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb. Məktəblilərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan polis əməkdaşı, yol ayırıcılarında piyada keçidlərindən istifadə etməli olduqlarını deyib. Keçirilən bu cür maarifləndirici tədbirlərdə aldığı biliklərlə şagirdlərin sərbəst hərəkət edərkən təhlükəsiz gəzintilərinin təmin olunması, baş verə biləcək yol qəzalarının qarşısını almaq üçün vacib olduğunu deyib.
Daha sonra çıxış edən məktəbin müəllimləri, təşkilatçılığa və keçirilən maarifləndirici tədbirə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.
Tədbir şagirdlər tərəfindən hazırlanmış səhnəciklərlə yekunlaşıb.