Füzulidə Xocalı faciəsi yad edildi - FOTO
- 26-02-2019, 18:09
- 1 056
xalqxeber.az xəbər verir ki, faciənin 27-ci ildönümü münasibətilə Horadiz şəhərində üç mindən çox insanın iştirakı ilə yürüş keçirilib. Rayon rəhbərliyi, Təhsil nazirliyindən Məlahət xanım Vəliyeva, ictimaiyyət nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, “N” saylı hərbi hissənin əsgərləri matəm musiqisinin sədaları altında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzüb, faciə zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.