Vətəndaş Mərkəzi Klinika Gəncə Xəstəxanasından gileylənir - Artıq pulumu alıblar + VİDEO
- 19-02-2019, 16:22
- 2 386
R.Əsgərov deyir ki, pulu ödədikcə ondan yenidən pul təıləb olunub. Hətda həkim ona zəng edərək deyib ki, 2500-3000 manatda hazırla yenidən müalicə edək uşağı. Pul tapa bilməyən vətəndaş uşağını klinikadan çıxaqrıb paytaxtda uşaq xəstəxanalarından birinə yerləşdirib. Orada uşağın heç bir ciddi xəstəliyi olmadığı bildirilib və həmin uşağı təmənnasız xəstəxanda müəlicə ediblər.
R.Əsgərov keysəriyyə əməliyatına və uşağın xəstəxanada qalması üçün 5000 manata yaxın pul ödədiyini bildirir. İndi onun Mərkəzi Klinika Gəncə Xəstəxanasıdan tələbi ondan ibarətdir ki, verdiyi pulun müqabilində xəstəxanada onun uşağına hansı tibbi xidmətlər göstərilməsi ilə bağlıdır. Vətəndaş bununla bağlı Baş Prokurorluğada müraciət edəcəyini bildirib.
Məsələ ilə bağlı məlumat verəcəyik. Ümid edirik ki, qarşı tərəf bu məsələ ilə bağlı bizə münasibət bildirəcək. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
P.S. Ramin Əsgərov bu məsələyə aydınlıq gətirmək üçün klinikanın rəhbər şəxsləri ilə də görüşüb. Ancaq ona alınan pulların təinatı barədə heç bir məlumat verilməyib. Səbəb nədir?