Sabirabad sakini: "Ancaq boş yerə gəlib maaş alıb, camaatı soymaqla məşğuldurlar" - VİDEO
- 12-02-2019, 12:39
- 1 358
Prezident Adminstrasiyasinın qarşısında şikayətə gələn Sabirabad sakini Ələkbərov Şirvani mikrafonumuzu görər görməz dərdini danışdı.Vətəndaş Sabirabad rayon mərkəzi xəstəxanasında başına gətrilən oyundan,həkimlərin səhlənkarlığından danışdı. Vətəndaş qeyd edir ki Kasıb olduğu üçün xəstəxanada həyat yoldaşına və qızına nə düzgün diaqnoz qoyan var nədə baxan.Dəfələrlə icra hakimiyyətinə müraciət etsədə icra başçısının müavini Həsən Həsənov ona vətəndaş deyil ,həşarat kimi baxır.Səhiyyə nazirliyinə şikayət edib,göstəriş verilsədə əməl edən yoxdur.
Xəstəxananın hazırkı vəziyyəti barədə BakuPress.Az-a məlumat verən vətəndaş deyir: "Quliyev Yusif baş həkim vəzifəsinə təyin olunması ilə Sabirabad səhiyyəsinin qara günləri başlayıb. Hazırda Mərkəzi Xəstəxanada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi çox aşağıdır. Üstəlik, dövlət xəstəxanası əhaliyə pulsuz xidmət göstərməli olduğu halda, burada hər şey pulludur. Xəstə xəstəxanaya düşən kimi, qarğa-quzğun kimi hərə bir tərəfdən onun üstünə tökülüşüb öz "şirinliyi”ni tələb edir. Həkimlər bura gələn insanlara qiymət oxuyurlar. Baş həkim şöbə müdirlərinin qarşısında konkret tapşırıqlar qoyub. Həmin tapşırıqlar əsasında fəaliyyət göstərən şöbə müdirləri və həkimlər vətəndaşları incidirlər. Həkimlər insanlara maddi vəziyyətinə görə xidmət göstərirlər. Kimin pulu varsa onu az qalırlar ki, başlarının üstündə saxlasınlar. Ancaq kasıb adamların üzünə belə baxmırlar. Xəstəxanada hər addımbaşı vətəndaşlardan "şirinlik” tələb olunur. Bütün növ analizlər və rentgen müayinəsi üçün sakinlərdən nəsə umulur. Halbuki, dövlət hesabına maliyyələşən səhiyyə ocaqlarında tibbi xidmət pulsuzdur. Məhz bu yarıtmaz xidmətə görədir ki, Sabirabad camaatı rahat rayonda hər cür səhiyyə müəssisələri olduğu halda, qonşu rayonlara, ya da paytaxta üz tuturlar. Bir sözlə, Sabirabad səhiyyəsi çox ağır durumdadır, necə deyərlər, səhiyyənin özünün müalicəyə ehtiyacı var. Ümid edirik ki, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev tezliklə bu məsələyə öz münasibətini bildirəcək və Sabirabad Rayon Mərkəzii Xəstəxanası normal olaraq sabirabadlılara xidmət göstərəcək.
Vətəndaş onuda qeyd edir ki,döymədiyi qapı qalmayıb axır gelib prezident adminstrasiyasına üz tutub.Daha ətraflı videomateralmızdan vətəndaşın öz dilindən izləyə bilərsiniz