Beyləqanın icra başçısı Arif Alışanova görə problem yaşaya bilər... - İLGİNC
- 25-01-2019, 11:27
- 1 279
Onu da qeyd edək ki, əslində belə bir yoxlama nəticəsində təkcə Arif Alışanovun deyil, bir çoxlarının başları ağrıya bilər. Çünki ortaya şəxacaq hər hansı maliyyə pozuntusu nəticəsində əldə olunan qazancın hansı ünvanlara yönəldilməsi də hüuqi təqibə məruz qala bilər.
Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirir ki, məsələn Arif Allışanovun Şamaxı rayonu ərazisində qalmaqallı torpaq alqı-satısı faktına qədər təftiş işləri həyata keçirilə bilər.
Mənbənin söylədikləri:
"Arif Alışanovun bu işi araşdırılsa, o zaman qanunsuz olaraq keçmiş AzTV sədrinə Şamaxı sakinlərinin torpaqlarını peşkəş edən sözügedən rayonun keçmiş icra başçısı Asif Ağayev də "silisə" çəkilməlidir".
Xatırladaq ki, Şamaxının Nağaraxana və Qızmeydan kəndləri sakinlərinin çoxu təsərrüfatla məşğul ola bilmir. Çünki illər öncə dövlətin onlara verdiyi pay torpaqlarını satıblar. Torpaqların çoxunu "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuş Arif Alışanov alıb. Bu işə isə hazırda Beyləqanın icra başçısı postunu tutan Asif Ağayev rəhbərlik edib.
Məhz buna görə, Asif Ağayev indidən əl-ayağa düşməlidir: "Əks halda "cəhənnəmə gedən özünə yoldaş axtarar" prinsipinin qurbanı ola bilər".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dia.Az