Füzulidə şəhid ailələrinə qayğı göstərilir
- 23-01-2019, 11:08
- 1 348
xalqxeber.az-ın məlumatına görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq Milli qəhrəmanların və şəhidlərin ailə üzvləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir, əlamətdar günlərdə, Ramazan bayramı, Qurban bayramı, Yeni il və Novruz bayramlarında bu kateqoriyadan olan insanlara baş çəkir, mənəvi köməklik göstərir.
Füzuli rayonunda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş insanların şərəfli ömür yolu gənclər arasında təbliğ olunur. Bildirilir ki, hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.