Ekologiya Nazirliyində “ƏlişahMAT” oyunu: Qum-çınqıl karxanalarını bağlayıb açmaq neçəyədir?
- 11-01-2019, 13:06
- 1 358
Reydlər zamanı Quba rayonu ərazisində fəaliyyət göstərən “Qala” fərdi müəssisəsində, “Asko LTD” şirkətində, “Azərproyekt tikinti” ASC-də, “Kənan Ko”, “Xanım”, “Elian Dor”, “Texmexanizasiya servis”, “Körpü-Bina-Tikinti”, “Nik” MMC-lərdə, eləcə də, fiziki şəxslər P.Mikayılova, G.Əliyevaya, Q.İsayevaya, F.Teymurovaya, G.Hüseynovaya, İ.Hacıyevə, Ə.Kürdova və N.Xıdırovaya məxsus qum-çınqıl karxanalarında yerin təkindən istifadə qaydalarının pozulması faktları aşkar olunmuşdur. Bununla əlaqədar Nazirliyin aidiyyəti qurumu tərəfindən səlahiyyətləri daxilində qanunamüvafiq olaraq göstərilən müəssisələr və rəhbər şəxslər inzibati qaydada cərimələnmiş və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan “məcburi göstəriş”lər verilmişdir. İmişli rayonunda fəaliyyət göstərən “AZE”, “Fərid” MMC-lərdə və “Bəhramtəpə çınqıl servis”ə məxsus qum-çınqıl karxanalarında, eləcə də Qaradağ rayonu Umbakı qəsəbəsində fəaliyyət göstərən “Azərinşaatservis” MMC-də “Yerin təki haqqında” Qanunun pozulması hallarına rast gəlinmiş və sözügedən obyektlər “İnzibati Xətalar Məcələsi”nə əsasən cərimələnmişlər”.
Bizimyol.info-ya daxil olan məlumatlara görə, qanun pozmalarına baxmayaraq, bəzi karxanalar onların sahiblərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşovla “dil tapması” nəticəsində yenidən açılıb. Eyni zamanda Bilal Dadaşovun Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisi Əlişah Rəcəbovla “qarşılıqlı faydalı” işbirliyi nəticəsində Bakı şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən şirkət rəhbərləri ilə də “dil tapmaq” mükün olub.
Xatırladaq ki, Bilal Dadaşov bu vəzifəyə qədər də ETSN-də işləyib – Təsərrüfat və Kommunikasiya şöbəsinin müdiri olub. Muxtar Babayev nazir təyin olunduqdan dərhal sonra Azər Aslanovu işdən azad edərək ondan da daha “kommunikabel” olan Bilal Dadaşovu Dövlət Ekspertiza İdarəsinə rəis təyin etdi. Nazirin dəyişikıliklərə bu cür idarələrdən başlaması “başadüşülənd”dir; Dadaşov kimi “təsərüfat və kommunikasiya” dahisi sahibkarlarla vaxtlı-vaxtında dil taparaq İdarənin rentabellilik dərəcəsini artıra bilərdi. Eləcə də, adı Əlişah olan Rəcəbov da istənilən MTK rəhbərini bir gedişdə MAT edə bilir.
Bizimyol.info