Qasım Qasımov xəbərdarlıq etdi - əgər...Asif Ağayevin "yadigarı" ÇƏTİN DURUMDA
- 8-01-2019, 15:04
- 2 204
Rayondakı mənbə əlavə olaraq qeyd etdi ki, I müavin Q.Qasımov və başçının müavini — ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova yeni ili Beyləqan rayon İHB Asif Ağayevlə birlikdə başçının Şamaxının Abaxıl kəndindəki imarətində keçiriblər. Xatırladaq ki, A.Ağayev bir müddət öncə Prezidentin müvafiq Sərəncamı ilə Şamaxı rayon İHB vəzifəsndən azad edilərək, başqa bir Sərəncamla Beyləqan RİHB təyin edilib. Mənbə onu da bildirdi ki, həmin tədbirdə iştirak edən Gülnisə Ələkbərovanın həyat yoldaşı Rəsul, Asif Ağayevin təklifi ilə bundan sonra həmin villaya nəzarət funksiyasını həyata keçirəcək. Onu da xatırladaq ki, G.Ələkbərova RİHB-dəki vəzifəsi ilə paralel həm də rayondakı tender komissiyasının sədridir. Onun həyat yoldaşı Rəsul rayonun Dəmirçilər kəndinin turizm bölgəsi elan edilməsi projesində də aktiv rol alan şəxslərdən biri idi. Mətbuatın bu məsələni gündəmə gətirməsindən sonra isə projedə iştirakına son verilmişdi.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Conflict.az