Masallıda bütün yollara əl gəzdirilir, amma...
- 3-01-2019, 10:50
- 1 015
Daha sonra bildirilir: "Bütün bu işlər minnətdarlıqla qarşılansa da, əksər insanları bir sual maraqlandırır-niyə ən ucqar küçələr belə asfaltlansa da, “Köhnə bazar” deyilən ərazinin arxasından, eləcə də oradakı şadlıq saraylarının qarşısında keçən, hər gün minlərlə şəxsin istifadə etdiyi, yayda tozundan, qışda palçığından insanların əzab çəkdiyi küçələr asfaltlanmır?"
Sakinlər bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, onları dinləyən yoxdur: "Biz dövlətimizdə son illərdə həyata keçirilən quruculuq işlərini yüksək dəyərləndiririk. Amma Masallıda bütün bu işlər alayarımçıq görülür. Xahiş edirik, bu yağışlı-qarlı havada biz sakinləri zülmdən qurtarın".
DİA.AZ