Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi
- 26-12-2018, 11:37
- 1 580
Füzuli İH-dən daxil olan xəbərə görə, açılışda icra başçısı Alı Alıyev də iştirak edib. Supermarketdə Qayıdış qəsəbələrində yaşayan 28 nəfər məcburi köçkün işlə təmin olunub.
Alı Alıyev açılış mərasimində prezidentin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda da sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.