Tovuz İcra Hakimiyyətinin keçirdiyi tender: 3-nü eyni fiziki şəxs, birini Kərbəlayınamazlı qazanıb Sənəd yayıldı

Bölgə

Tovuz İcra Hakimiyyəti keçirdiyi tenderlərin qaliblərini elan edib.
İcra Hakimiyyəti 2018-ci ilin əvvəlindən bu günə kimi 6 müqavilə bağlayıb. Bağlanılan müqavilələrin ümumi dəyəri 321 min 18 manat təşkil edib.

İcra Hakimiyyəti ən çox müqaviləni fərdi şəxs olan Xanlar Namazovla bağlayıb. Bu şəxslə bağlanan 3 müqavilənin ümumi dəyəri 24 min 247 manat olub.

İcra Hakimiyyəti tərəfindən ən yüksək məbləğdə müqavilə “Kərbəlayınamazlı” MMC ilə bağlanıb. Bu müqavilənin ümumi dəyəri 197 min 838 manat olub.

Fed.az