Gəncə özünə layiqli rəhbər kimi görmək istəyir?
- 9-03-2017, 09:17
- 3 104
Bu gün Gəncə əhalisi arasında keçirdiyimiz sorğumuzda çox qəribə bir məqamla rastlaşdıq. Belə ki, Gəncə əhalisinə “Rəhbərinizin kim olmasını istərdiniz?” - sualı idi. Küçə-küçə dolaşaraq əhalidən əldə etdiyimiz cavablardanda məlum oldu ki, hal-hazırda başçı olan Elmar Vəliyevi ümumiyyətlə Gəncədə rəhbər olmasını istəyən əhalinin 2-3%-i təşkil edər etməz. Ən çox əhalinin ölkə rəhbərindən istəyi o oldu ki, Gəncənin icra başçısı postuna şəxsiyyətilə seçilən , sevilən Ulu Öndərin siyasi kursunun davamçısı olan İlham Əliyevin etimadı ilə yalnız bura Nizami Əhmədov başçılıq etsin. Keçirdiyimiz sorgu qəribə olsa da özündə bəzi həqiqətləri cəmləşdirməkdədir.
GƏNCƏ şəhərinə rəhbərlik kim etməlidir…
Kəpəz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial təminat şöbəsinin (keçmiş DSMF şöbəsi) müdiri Nizami Əhmədov Gəncə şəhərində çox böyük nüfuza malik insandır. Söz yox, hazırki vəzifəsi nümunəvi dövlət qulluqçusu, el ağsaqqalı Nizami müəllimin humanist xarakterinə uyğundur. Amma gəncəlilər, dahi Nizami Gəncəvinin adaşı olan cənab Əhmədovu daha yüksək mənsəbə layiq hesab edir. Milli Məclisin deputatı olduğu dönəmdə seçicilərinin etimadını doğruldan Nizami Əhmədov ali qanunverici orqanda mütərəqqi təkliflərlə çıxış etmiş, qanun layihələrinin müzakirələrində fəal iştirak etmişdir.
Ümummilli liderin siyasi kursunun sadiq tərəfdarı olan Nizami Əhmədov hələ 1992-1993-cü illərdə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik etdiyi dönəmdə, Gəncədən Muxtar Respublikaya göstərilən köməkliyin təşkilində xidmətlərinə görə seçilmiş, buna görə Ulu Öndərimiz ona təşəkkürnamə ünvanlamışdır.
Nizami Əhmədov DSMF-nin rəhbəri olaraq bu vəzifəsinin öhdəsindən layiqincə gələrək, əhalinin imtiyazlı kateqoriyasından olan, aztəminatlı vətəndaşların müraciətlərinə həmişə həssas yanaşmış, ona pənah gətirənləri naümid qaytarmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təltif və mükafatlara layiq görülən Nizami Əhmədovun heç vaxt hər hansı vəzifəyə ehtiyacı olmayıb, həmişə hansısa vəzifənin ona ehtiyacı olmuşdur. Bir çox tərəqqipərvər Gəncə vətəndaşları bu qənaətdədirlər ki, hal-hazırda Gəncə şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinin məhz Nizami Əhmədova ehtiyacı var. Təsadüfi deyildir ki, indiki icra başçısı Elmar Vəliyevin idarəetməçiliyindən narazı qalan elektorat, şəhər rəhbərliyi ilə problemi olan Gəncə vətəndaşları da Nizami Əhmədovun qapısını döyür, onun ətrafına toplaşırlar. Gəncə şəhər Polis İdarəsinin rəisi olmuş rəhmətlik Rasim Musayevin rəis işlədiyi dövrdə şəhər rəhbərliyində üzləşdikləri bürokratik əngəllərdən, yerli məmurlardan yersiz müdaxilələrindən polisə şikayət edən Gəncə sahibkarları da məhz Nizami müəllimi ağsaqqal kimi qabağa salırdılar. Hər ikisi - həm R. Musayev, həm N. Əhmədov əslən Qərbi Azərbaycandan olduqları üçün bu tandem Gəncədə bir növ ümid qütbü təşkil edirdilər. Gəncə ŞİH ilə Gəncə Pİ idarəetmədə bir-birinə həm etibarlı tərəf müqabili, həm də nəzarətçi idilər. Amma məlum hadisələr, yəni Musayevin karyerasının onu paytaxta istiqamətləndirməsi Gəncədəki bu balansı pozdu və Elmar Vəliyevin təkhakimiyyətliliyinə gətirib çıxardı. Elmar Vəliyevin hakimi-mütləq olmasının Gəncəyə və gəncəlilərə vurduğu ziyan isə ayrı söhbətin mövzusudur.
Yazı Xeberfakt.az-ın Gəncə əhalisi arasında apardığı sorğulara və araşdırmalara istinadən qeydə alınmışdır.