Ağdamın icra başçısından narazılıq... - “Küçədə qalmışıq, kömək edən yoxdur”
- 9-03-2017, 09:12
- 1 946
“Kirayə pulunu da icra başçısının göstərişinə əsasən “sovet sədri” Elmir ödəyirdi. Mənə söz verilmişdi ki, tikintisi başa çatacaq şəhərcikdən ailəmizə nəyin bahasına
olursa-olsun ev veriləcək. Ancaq bu olmadı və Elmir müəllim mənə dedi ki, kirayə pulunu da ödəyə bilməyəcək. Mən dəfələrlə icra başçısı Raqub Məmədovun, yerli
“qaçqınkomun” qəbulunda olmuşam heç biri mənə kömək etmir. Ölkə başçısı cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edirək bildirmək
istəyirəm ki, qaçqın şəhərciyində olan evlərin böyük əksəriyyəti ehtiyacı olmayan ailələrə verilir. Onların çoxunda hazırda yaşayış belə yoxdur. Bizim kimi, evə ehtiyacı olan böyük ailə isə 24 ildir küçələrdə sərgərdan qalıb.
Cənab Prezident! Əminəm ki, sizin bu özbaşınalıqdan xəbəriniz yoxdur. Artıq dərəcədə xahiş edirəm ki, ailəmizin evlə təmin olunmasına köməklik
göstərəsiniz”.
Ağdamlı qaçqınla olan müsahibəni və həmin rayonun ərazisində olan şəhərcikdəki yaşayış olmayan evlərə dair videomaterialı təqdim edirik.
Azinforum.az