"Nəyin hesabatını verəcək? Sahibkarları necə çökdürməyinin?" - İTTİHAM
- 30-11-2018, 11:48
- 1 738
Mənbənin bildirdiyinə görə, gəldiyi ilk günlərdən Qazaxda ciddi narazılıq yaradan Babaşovdan yalnız bir-iki nəfər razılıq edir ki, onlar da başçıdan hansısa yolla faydalananlardır. Qaynağın söylədikləri:
"Babaşov icra başçısı postunda da özünü bir vergi məmuru kimi aparır. Bu ilk gündən belədir. Bütün obyektlər, sahibkarlar, fermerlər bir vergi sisteminə uyğun şəkildə başçıya haqq verirlər. Bundan kim razı qala bilər ki?".
Qaynağın sözlərinə görə, Babaşov bu ilin yekunları ilə bağlı hesabat hazırlamaqda da çətinlik çəkir ki, bu da "yuxarıların" qulağına çatıb: "Nəyin hesabatını verəcək? Sahibkarları necə çökdürməyinin?".
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ