Gəncə sakini ədliyyə nazirinə müraciət etdi - VİDEO
- 28-11-2018, 09:34
- 1 823
Məhkəmənin qərarı ilə Samir Məmmədov hər ayın 9, 19 və 29-u İcra və Probasiya Şöbəsinə gedib qeydiyyata düşməli və şəxsin adına tərtib edilən qrafikə imza etməlidir. Gəncə İcra və Probasiya Şöbəsinin Samir adlı məmuru isə məhkəmənin çıxarmış olduğu hökümün əleyhinə gedərək şikayətçi tərəfə bildirirb ki, burada “qayadaları məhkəmənin qərar”ı yox, mən müəyyənləşdirirəm. Onun üçün də Samir Məmmədov ayda 3 dəfə yox, 4 dəfə gəlməlidir. Vətəndaş Gəncə İcra və Probasiya Şöbəsinin əməkdaşının onlarla düzgün davranmamasından, təhqiramiz yanaşmalarından və rüşvət olaraq 1000 AZN pul tələb etməsini öz video müraciətində dilə gətirib.
Sonda şikayətçi cənab ədliyyə naziri F.Məmmədovdan məhkəmə qərarlarına hörmətsizlik edən icra məmuru barəsində ölçü götürülməsini xahiş edir.