8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə tədbir - Hacıqabulda
- 7-03-2017, 13:17
- 2 489
xalqxeber.az xəbər verir ki, bayram tədbirini giriş nitqi ilə rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov açdı, sonra YAP rayon təşkilatının sədr müavini, rayon Suvarma Sistemləri idarəsinin rəisi İbrahim İbrahimov, 58 saylı Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasının sədri Məhəmməd Hacıyev, rayon Sosial Müdafiə Fondunun müdiri Xalis Həsənov, Sabirabad Regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov geniş məruzə ilə çıxış edib qadınları təbrik etdilər.Çıxışlardan sonra rayon İcra Hakimiyyətinin başçısı bir qrup qabaqcıl qadınlara qiymətli hədiyyələr təqdim etdi. Sonda Beynəlxalq Qadınlar gününə həsr olunmuş videoçarxa tamaşa edildi.