Göyçay rayon İcra hakimiyyəti başçısının I müavini İkram Vəliyev saxtakarlığa görə həbsdə yatıb - Namiq Qasımov
- 15-10-2018, 16:21
- 2 394
Namiq Qasımovun iddiasına görə İkram Vəliyev ona külli miqdarda maddi ziyan vurub. Məhz həmin ziyanın nəticəsi olaraq şikayətçinin sahib olduğu əmlak girov qismində ondan alınıb. Məsələni araşdırmaq üçün İkram Vəliyevlə əlaqə saxlayan əməkdaşımıza I müavin ziddiyətli məlumatlar verdi. Əvvəlcə “mən elə bir şəxs tanımıram” – deyən İkram Vəliyev sonradan “o iki gün əvvəl mənim yanımda olub və biz onunla razılaşmışıq” deyə bildirdi. “Namiq Qasımov pulunu məndən yox Vaqifdən istəsin” – deyən Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini həbs olunmadığını da qeyd etdi. Lakin redaksiyaya təqdim edilən, 26 avqust 2003-cü il tarixli Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündə isə konkret qeyd edilib: Vəliyev İkram Sabir oğlu Azərbaycan Respublikası CM-nin 32, 179.3.2, 320.1, 320.2ci maddələri ilə təqsirli bilib, CM-nin 32, 179.3.2-ci maddəsilə, CM-nin 62-ci maddəsini tətbiq etməklə 3(üç) il müddətinə, 320.1-ci maddəsilə 2 (iki) il və 320.2-ci maddəsilə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilsin.
Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində 3 (üç) il müddətinə qəti azadlıqdan məhrum etmə cəzası saxlanılsın.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən şəxslərində mövqelərini də dərc edə bilər.
BakuNews.az