Zərdabda başçı dəyişikliyi gözlənilir... - İDDİA

Bölgə

Zərdabda başçı dəyişikliyi gözlənilir. Bu barədə rayondakı mənbələr məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, artıq hazırda rayona rəhbərlik edən Lütvəli Babayev yır-yığış ovqatındadır.

Qeyd edək ki, buna qədər Mingəçevirdə icra başçısı postu tutan Lütvəli Babayevin bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin adamı olduğu da iddia olunur.

Rayondakı qaynaqlar verdikləri məlumatlarında rayona təyin olunacaq yeni başçının kim ola biləcəyindən də danışıblar. Bildirilir ki, hazırda Zərdab RİH-də başçının müavini postunu tutan şəxslərdən biri belə bir iddiadadır: "Onun buna nail ola biləcəyi isə təbii ki, "yuxarıların" qərarından asılıdır".

DİA.AZ