BEYLƏQAN TƏHSİLİNİN ƏN AMBİSİOZ LEDİSİ – Raisə İsgəndərova
- 1-10-2018, 17:01
- 3 555
Səbəb kimi R. İsgəndərovanın yetərli təhsil stajının olmadığı göstərilmişdi. Təbii ki, o vaxtlar R.İsgəndərova istər RİH-dəki vəzifəsindən, istərsə də Lisey direktorluğundan əli çıxandan sonra sakit oturmamış, təhsil şöbəsi müdirinin, RİH başçısının, rayon prokurorunun guya ona qarşı qərəzli mövqedə olmaları barədə Prezident Administrasiyasına “donos” yazmışdı, onları ölkə mətbuatında şantaj etməyə çalışmışdı.
Əldə etdiyimiz məlumatlara görə, hətta Raisə İsgəndərovanın həyat yoldaşı Bəhruz bir neçə dəfə Prezident Aparatına icra başçısından şikayət məktubu yazaraq onu korrupsiyada və özbaşınalıqda ittiham etmişdi.
Nəhayət, R.İsgəndərovanın qaraqışqırığından bezən V.Abdullayev onu Rayon Təhsil Şöbəsində inspektor vəzifəsinə təyin etdirdi. Olduqca ambisioz persona kimi tanınan R.İsgəndərova zaman-zaman rayon təhsil şöbəsinə müdir vəzifəsinə də iddiasını ortaya qoyub. Lakin, göstərdiyi bütün çabalara baxmayaraq, bu arzusunu gerçəkləşdirə bilməyib. İnspektor vəzifəsi ilə qane olmayan R.İsgəndərova keçən il Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon komitəsinə sədr “seçilmək” üçün cəhdlər edib. Hətta “yuxarıda” bəzi ixtiyar sahibləri ilə sövdələşdiyi deyilsə də, sonucda bu niyyəti də reallaşmayıb. Dövlət qulluğu təcrübəsi olsa da, pedaqoji fəaliyyətinin olmadığını əsas göstərib etiraz edənlər çox olub. Böyük arzularını həyata keçirə bilməsə də, əvvəl itirdiyi Lisey direktoru vəzifəsini qaytarmağa qərar verib. Və yenə də demaqogiya hesabına istədiyinə nail olub – onu müvəqqəti olaraq Liseyə direktor təyin ediblər.
İndi – R.İsgəndərova direktorluq etməyə başlayandan bu yana Liseyin binasına giriş müşgül məsələyə çevrilib. Bilinmir ki, direktor şagirdləri kənar şəxslərdən qoruyur, yoxsa özünü valideynlərdən.
Beyləqanın başqa təhsil müəssisələrində belə hal yoxdur. Hətta icra başçısının qəbuluna düşmək də müqayisədə çox asan görünür.
Rayonda reputasiyası rəğbət doğurmayan Səid adlı bir nəfəri liseyə gözətçi vəzifəsinə təyin edilməsi isə birmənalı qarşılanmayıb. Belə ki, Səidin yüngül həyat tərzi keçirməsi, dəfələrlə əxlaqsızlıq yuvalarında yaxalanması, son anda tapşırıq və ya başqa hansısa yolla polisin cəngindən qurtulması rayonda hamıya məlumdur. Bu cür yarım-manyak birinin şagirdlərinin çoxunu qızlar təşkil edən liseyə gözətçi təyin edilməsi haqlı olaraq şagirdlərdə və onların valideynlərində ciddi təşviş doğurur və “qoyunu qurda tapşırmaq” kimi qəbul olunur.
Oxucularımızla irəlidəki görüşlərimizdə R.İsgəndərovanın yaratdığı “gestapo” mühafizə sistemi ilə nələri gizlətməyə çalışdığını, liseydə aparılan pul yığımı kampaniyalarını detalları ilə açıqlayacağıq.
obyektiv.info