"Polad Ələmdar" ayamalı başçı da yola salınır-ŞƏMKİR
- 3-03-2017, 10:28
- 2 981
Bilgiləndirən qaynaq iddia edir ki, Vergilər Naziri Fazil Məmmədovun himayəsi altında olan Alimpaşa Məmmədov elə himayədarının da qəzəbinə tuş gəlib. Mənbənin söylədikləri:
"Bu günlərdə nazirlə başçı arasında çox ciddi məbləğ üzündən anlaşılmazlıq olub. Daha doğrusu, gərginlik. Bu isə Alimpaşa Məmmədovun üstündən xətt çəkilməsinə səbəb olub. Çünki nə zaman idi, Alimpaşa Məmmədovla bağlı Fazil Məmmədova iradlar bildirilirdi. Və nazir də himayəsində olan başçını savunurdu. İndi isə belə bir himayə də qalmayıb ki, bu da Alimpaşa Məmmədovun ilk büdrəyişində karyerasının bitişi ilə nəticələnəcəyi ehtimalını artırır".
Əlavə detallı bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...
dia.az