Nazim İsmayılovun viski sevgisi…
- 30-08-2018, 11:41
- 1 005
Cia.az saytına yerli sakinlərin verdiyi məlumata görə hazırda rayon sahibsiz qalıb. Əkin-biçinin qızğın vaxtında sakinlərin, fermerlərin probleminə dəstək olacaq kimsəni tapmaq mümkün deyil. Buna səbəb isə başçının pis vərdişlərə alüdə olmasıdır. Mənbənin dediyinə görə rayonun başçısı Nazim İsmayılov saat 12-yə qədər kabinetində oturandan sonra iş vaxtını bitirir və onun səyyar “kabineti” “Ana Kür” restoranına keçirilir. Bahalı viski həvəskarı olan Nazim İsmayılov demək olar ki, hər gün adı çəkilən restoranda olur və müxtəlif çeşidli viskilərin dadına baxmaqla işini sona çatdırır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Cia.az