Beyləqanın icra başçısı ilə bağlı ŞOK İDDİA - Məmurları tələyə salırmış...
- 14-08-2018, 13:28
- 1 654
Bu barədə MilliYol.Az-a məlumat verən mənbə iddia edir ki, son aylar Vaqif Abdullayev rayon məmurlarına və azad sahibkarlara bu kimi qruplarla təziyiq edir. İddia olunur ki, icra başçısının göstərişi ilə həmin şəxslər məmur və sahibkarlarla bağlı Prezident Administarsiyasına və müxtəlif dövlət qurumlarına yalan məktublar göndərir, mətbuata yazılar və videolar ötürürlər.
Məlumata görə, bundan sonra Vaqif Abdullayev haqqında yazı yazılan məmuru və sahibkarı yanına çağıraraq yuxarıların işi araşdırmaq tapşırığı verdiyini və məsələnin ciddi olduğunu deyir. İcra başçısının bu sözündən qorxuya düşənlər isə məsələnin yoluna qoyulması üçün Vaqif Abdullayevdən kömək istəyirlər. Məhz bundan sonra başçı məsələyə müdaxilə edərək problemi yoluna qoyacağı sözü verir və həmin şəxsdən müəyyən miqdarda haqq alır.
Məlumatda vurğulanır ki, həmin qrupun yaydığı bəzi məlumatlar onlara birbaşa icra başçısı tərəfindən ötürülür və içində məmurların yol verdiyi korrupsiya faktları dəqiqlik və özəlliklə seçilir.
Mənbə iddia edir ki, son bir ildə 10 yaxın məmur və sahibkar bu şəkildə "tələyə" salınıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.