Gədəbəydə hələ də "Yediyarov rüzgarı" əsir.... - İLGİNC
- 10-08-2018, 21:58
- 1 930
Amma qəribəsi budur ki, bu proseslərin sanki Gədəbəy İcra Hakimiyyətinin işçilərinə aidiyyatı yoxdur. Onlar hələ də Ramiz Yediyarovdan danışanda “cənab başçı” ifadəsini işlədirlər. Aldığımız məlumata görə, iyul ayının 28-də oğluna toy edən icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Z.İsgəndərov toyda “Gədəbəyin qurucusu, rayonda böyük abadlıq işləri aparmış cənab Ramiz Yediyarov məclisimizi təbrik edir və xahiş edir ki, özü iştirak etməsə də, işçiləri onun əvəzindən rəqs etsinlər” – deyə çıxış edib. Onu bu çıxışından sonra İcra Hakimiyyətinin işçiləri qalxıb rəqs ediblər.
Rayonun bir qrup ağsaqqaları tərəfindən saytımıza daxil olan şikayət məktubunda hadisə ilə bağlı deyilir: “Bu məsələyə adi bir toy proseduru və işçilərin sabiq rəhbərlərinə ehtiramı kimi baxmaq olardı. Amma burada 2 ciddi nüans var: – rayon əhalisinin və ölkə rəhbərinin antipatiyasını qazanaraq işdən çıxarılmış bir şəxs bu cür ehtirama layiqdirmi? İkincisi bu “savadlı” hüquqşünas bilmirmi ki, abadlığın aparılmasına göstəriş verən də, ona büdcədən vəsait ayıranda cənab Prezidentdir? Yediyarovun bu işdə rolu isə ancaq və ancaq ayrılan vəsaitdən özü üçün pul oğurlamaq olub?”
Məktubda vurğulanır ki, İsgəndərov və digərləri bunların hamısından xəbərdardır: “Məsələ ondadır ki, Yediyarov rayondan oğurladığı həmin pullarla bu şəxsləri bu gün də öz təsiri altında saxlayır. Bu adamlar aldıqları pulların müqabilində keçmiş başçıdan şikayət edənlərə təzyiq göstərir, məhkəmələrdə onu müdafiə edir, törətdiyi ağır cinayətlərin ört-basdır olunmasına çalışırlar. Ona görə də Rayon İcra Hakimiyyətinin təcili olaraq Yediyarovun təsiri altından çıxarılması vacibdir”.