Rəcəb Babaşov kimə 100 min yollayıb? - İDDİA
- 5-08-2018, 10:41
- 2 089
Xatırladaq ki, az əvvəl yayılan məlumatlarda deyilirdi ki, Türkiyədəki “American Hastanesi”ndə müalicəsini başa vuran eks-vergilər naziri Fazil Məmmədovun qardaş ölkədəki hotellərdən birində istirahət etdiyi məlum olub. Türkiyədəki mənbənin verdiyi məlumata görə, sabiq nazir hazırda “Çırağan Palace”da dincəlir. F.Məmmədovun isti günlərdə Azərbaycana gəlmək fikrinin olmadığı bildirilir.
Danışan mənbə iddia edir ki, Rəcəb Babaşov iki gün əvvəl Fazil Məmmədovun yaxın adamlarına "keçmiş nazirə çatacaq" deyərək 100 min dollar verib. Mənbə dia.az-a bildirir: "Rəcəb Babaşov əslində xaraktercə etibarlı adamdır və bu addımı da onun sədaqətinin, keçmişini unutmamasının nümunəsidir".
Olayla bağlı bütün maraqlı tərəfləri dinləməy hazırıq... //Dia.az//